Azərbaycanda vəhşi heyvanlar helikopterlə quduzluq xəstəliyinə qarşı peyvənd olunacaqlar

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti orqanlarla birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə işləri aparacaq.
Bu barədə Avtosfer.az-a AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, peyvəndləmə bu ilin yanvar ayında ilk dəfə helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə aparılacaq. Aldadıcı yemi paylayacaq marşrut müəyyənləşdirilərək müvafiq xəritə tərtib edilib. Marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla təqribən 600 kilometr məsafədə müvafiq normalara uyğun aldadıcı yem briketinin paylanması nəzərdə tutulub.
Bununla bağlı həmin briketlərə toxunulmaması və digər zəruri məlumatlarla bağlı sakinlər arasında maarifləndirmə-təbliğat tədbirlərinin həyata keçirilməsi məqsədilə posterlər və bukletlər hazırlanıb.
“Son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxması müəyyənləşdirilib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin “PVS aləti” vasitəsilə beş ballıq meyarla qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib və müasir dünya təcrübəsinə uyğun olaraq yüksək riskli ərazilərdə quduzluq xəstəliyinin yayılmasında əsas rol oynayan ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılmasının vacibliyi bildirilib” - məlumatda bildirilib.
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ











