Azərbaycanda velosiped niyə nəqliyyat vasitəsi ola bilmir? - AÇIQLAMA

3 iyun - Ümumdünya Velosiped Günüdür.
Velosiped bəziləri üçün idman, bəziləri üçün əyləncə, bəziləri üçün isə vacib nəqliyyat vasitəsidir. “Velosipedçilər ölkəsi” kimi tanınan Niderland əhalisinin 99,1%-i bu nəqliyyat vasitəsindən istifadə edir.
Velosipedin istifadəsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir. Bu nəqliyyat vasitəsi zəhərli qazlarla atmosferə zərər vermir və küçələrdə səs-küy yaratmır. Velosipeddən daha çox istifadə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını azaldır. Statistikalara görə, yol-nəqliyyat hadisələri ildə 90 min insanın ölümünə səbəb olur. Təxminən 70 milyon insan isə avtomobillərin yaratdığı səs-küydən əziyyət çəkir.
Bəs bütün dünyada rəğbətlə qarşılanan velosiped Azərbaycanda niyə tələbat görən nəqliyyat vasitəsinə çevrilə bilmir?
Bununla əlaqədar danışan Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli düşünür ki, ölkəmizdə velosipedin nəqliyyat vasitəsinə çevrilməsinin hər kəs arzusundadır. A.Əsgərlinin fikrincə, xüsusilə Bakı kimi əhalinin sıx məskunlaşdığı şəhərdə velosipedin təkcə əyləncə vasitəsi kimi istifadəsi doğru deyil: "Nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin kütləviləşməsi üçün ilk növbədə infrastruktur önəmlidir. Paytaxt əhalisi arasında apardığımız müşahidələr, keçirdiyimiz görüşlər, velosiped federasiyaları ilə təmaslar zamanı velosipeddən istifadə etmək istəyənlərin çoxluğu vurğulanır. Lakin bunun üçün infrastruktur tam əlverişli deyil. Biz öz növbəmizdə təhlükəsizliyin təmin olunması üçün velosiped istifadəçilərinə bu barədə çağırışlar edirik.
Velosiped nə qədər ekoloji təmizliyə, şəhərin ümumi ab-havasına, nəqliyyatın sıxlığının azaldılmasına müsbət təsir etsə də, bundan istifadənin genişlənməsi üçün ciddi addımlar atılmalıdır. Hesab edirik ki, gələcəkdə, ən azından yeni salınan şəhərlərdə yol infrastrukturunda velosiped zolaqlarının salınmasına xüsusi diqqət ayrılacaq.
Hər bir məsələnin inkişafı üçün ilk növbədə əlverişli infrastruktur olmalıdır. Fürsətdən istifadə edib velosipedsevərləri təbrik edirik. Velosipedlə hərəkəti üstün tutan şəxslərə də bu nəcib seçimə görə təşəkkür edirik. Onlardan bir xahişimiz var ki, velosiped sürərkən təhlükəsizlik qaydalarına diqqət etsinlər. Xüsusilə valideynlər övladlarına ciddi nəzarət etməli, onları təlimatlandırmalıdırlar”. (oxu.az)
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb








