Azərbaycanda yük daşımalarının həcmində KƏSKİN ARTIM

2023-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə və əksinə ümumilikdə 26 milyon 207 329.32 min ton yük daşınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yanvar-may aylarını əhatə edən hesabatında əks olunub.
Hesabata əsasən, ötən ilin müvafiq dövründə bu həcm 23 milyon 361 min 145.07 ton olub. Bu da onu göstərir ki, bir il ərzində daşınan yüklərdə 2 milyon 846 min 184,25 ton və ya 10,86 faiz artım baş verib.
Cari ildə daşınan yüklərin 20 milyon 892 min 693.13 tonu ixrac məhsulları, yerdə qalan 5 milyon 314 min 636.19 tonu isə idxal məhsullarına aid olub.
İxrac olunan məhsulların 30 min 484,56 tonu dəniz, 1 327 557.27 tonu dəmir yolu, 772 min 668, 33 tonu avtomobil, 38 min 079,05 tonu isə hava nəqliyyatı vasitəsilə daşınıb. Yerdə qalan 942 min 655.25 ton stasionar nəqletmə, 22 316.25 tonu isə özü hərəkət edən vasitələrlə ixrac olunub. Poçt göndərişi ilə ixrac olunan məhsulların ümumi çəkisi isə cəmi 137,36 ton olub.
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










