Azərbaycandan niyə baha uçuruq? - AÇIQLAMA

Son illər hər kəs təyyarə biletlərinin bahalığından gileylənir. Davamlı səyahət edən, ölkə xaricinə çıxan insanlar qiymətlərin 2, hətta 3 qat bahalaşdığını iddia edir.
Azərbaycanda təyyarə biletləri niyə bu qədər bahadır?
İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda təyyarə biletlərinin baha olması illərdir davam edən problemdir. Onun sözlərinə görə, bu problemin səbəbləri aradan qalxmayıbsa, deməli, problem də çözülməyib: “Səbəbi isə çox sadədir. Azərbaycan sərnişindaşıma bazarı bir şirkətin tamamilə nəzarəti altındadır. Təbii ki, söhbət AZAL-dan gedir. AZAL tək uçuşlara yox, həm də hava limanlarında yerüstü xidmətlərə nəzarət edir. Bu da xarici şirkətlərin Azərbaycana daxil olmasına ən böyük maneəçilik yaradan amildir. Çünki yerüstü xidmətlərin çox baha olması xarici şirkətləri ölkəyə investisiya qoymaqdan, ölkə ilə işləməkdən çəkindirən faktora çevrilir. AZAL burada ciddi maneəçilik törədir”.
Ekspertə görə, təsadüfi deyil ki, ölkədə il ərzindəki sərnişindaşımanı götürsək, 97%-i tək AZAL ilə “Buta”nın payına düşür: “Belə şəraitdə, təbii ki, qiymətlər də baha olacaq. Bir şirkətin bazara, yerüstü xidmət və təyyarə biletlərinin qiymətinə tam nəzarət etmək imkanı varsa, təbii ki, biletlərin qiyməti də baha olacaq”.
Natiq Cəfərli bildirib ki, bunun illərdir davam edən səbəbləri də var ki, aradan qalxmayıb: “Yəni, AZAl-ın inhisarçılığına son qoyulmayıb. Nəticə etibarilə də bu inhisarçılıq qiymətlərin artmasına səbəb olur”.
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










