Azərbaycanın göndərdiyi humanitar yardımın bir hissəsi Ukraynaya çatıb - FOTO

Azərbaycanın göndərdiyi növbəti humanitar yardımın bir hissəsi artıq Ukraynaya çatıb.
Ukraynanın Çernovis vilayətində yardım yüklərinin təhvil verilməsi mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Sabir Rzayev bildirib ki, son humanitar yardım Ukraynanın müraciəti əsasında göndərilib:
“Azərenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun bir hissəsi artıq Ukraynaya çatıb. Digərlərinin isə yaxın günlərdə ölkəyə çatdırılması gözlənilir”.
O qeyd edib ki, Azərbaycanın bu günə qədər Ukraynaya göndərdiyi humanitar yardımın məbləği 30 milyon manat həcmindədir.
Mərasimdə iştirak edən Ukraynanın Energetika Nazirliyinin rəsmisi Lutsi Petroviç isə humanitar yardıma görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.
L.Petroviç söyləyib ki, ağır günlərdə Azərbaycan hər zaman Ukraynaya dəstək olub:
“Azərbaycanın göndərdiyi humanitar yardımlar döyüşlərdən, xüsusən də Rusiyanın endirdiyi raket zərbələrindən daha çox zərər çəkən Xerson, Xarkov, Nikolayev və Çernoqov vilayətlərinə göndəriləcək”.
Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, dekabrın 10-da mövcud vəziyyətlə əlaqədar zərərçəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.(report)
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












