Azərbaycanın iri helikopter şirkətinin yığılmış mənfəəti 91 milyonu keçib

Azərbaycanda sərnişinləri helikopter vasitəsi ilə daşıyan şirkət “ASG Helicopter Services” MMC 2021-ci il üzrə 20.04 milyon manat xalis mənfəət əldə edib. 2020-ci il üzrə şirkətin 15.42 milyon manat xalis mənfəəti olmuşdu.
Avtosfer.az bu barədə şirkətin illik audit hesabatına istinad edir.
Hesabat ilində onun cəmi gəlirləri 83.8 milyon manat olmaqla öncəki ili 1.5%-dən çox üstələyib.
“ASG Helicopter Services” əməliyyat xərclərindən sonra, onun 26.75 mln. manat əməliyyat mənfəəti qalıb. 2020-ci il üzrə əməliyyat mənfəəti 28.35 mln. manat idi.
Şirkətin 8.76 mln. manat (2020: 8.92 mln. manat) maliyyə xərcləri olduğu halda, 5.77 mln. manat digər gəlirləri olub.
Beləliklə, 2021-ci ildə 20.04 mln. manat xalis mənfəət əldə edib.
1 yanvar 2022-ci il tarixinə 91.37 mln. manat bölüşdürülməmiş mənfəəti olub.
Xatırladaq ki, “ASG Helicopter Services” MMC 2008-ci ildə yaradılıb və 34.31 milyon manat nizamnamə kapitalı var. Səhmdarı fiziki şəxs Teymur Məmmədovdur. O, şirkəti 2019-cu ildə “Silk Vey Devlopment” MMC-dən satın alıb.


Banker.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












