Azərbaycanın “İnterpol”la axtarışa verdiyi şəxs Moldovada saxlanıldı

Moldova sərhədçiləri Ukrayna ilə sərhəddə kiberhücumlar törətməkdə şübhəli bilinən və “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.
Bu barədə Moldova Sərhəd Xidmətinin məlumatda deyilir.
Qeyd olunub ki, Azərbaycan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş, kiberhücumlar üzrə ixtisaslaşmış mütəşəkkil cinayətkar dəstənin üzvü Otaç şəhərinin dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılıb.
Azərbaycan vətəndaşı olan 36 yaşlı şəxsin ekstradisiyası ilə bağlı qərarı çıxarılıb.
Sərhəddə saxlanılan şəxs Ukrayna pasportunu göstərib, lakin əlavə yoxlamadan sonra sərhədçilər onun əslində Azərbaycan vətəndaşı olduğunu və “İnterpol”un məlumat bazasında beynəlxalq axtarışda olduğunu müəyyən ediblər.
Şübhəli şəxs Edinet şəhərindəki istintaq təcridxanasına yerləşdirilib, bundan sonra istintaq üçün Kişinyova aparılacaq və Azərbaycana göndəriləcək. (oxu.az)
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












