Azərbaycanlı alim beynəlxalq mükafata layiq görüldü - FOTO

Tanınmış azərbaycanlı alim Əhəd Canəhmədov akademik Boris Qusev adına Beynəlxalq mükafata layiq görülüb və “Şöhrət Ulduzu” ordeni ilə təltif edilib.
Alim bu mükafata mühəndisliyin inkişafındakı müstəsna xidmətlərinə, yeni texnologiyaların və materialların işlənib hazırlanmasında və tətbiqində yüksək nəticələrinə, beynəlxalq və Azərbaycan mühəndislik akademiyalarının fəaliyyətində fəal iştirakına, mühəndislik elminin, eləcə də dövlətlərarası elmi-texniki əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Xatırladaq ki, Əhəd Canəhmədov mexanik-filosof, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidentidir. O, xarici ölkələrin bir sıra akademiyalarının fəal üzvü, 30-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 450-yə yaxın elmi məqalənin və patentin müəllifidir. Onun fundamental əsərləri ingilis dilinə tərcümə edilib, ABŞ və Avropada nəşr olunub və beynəlxalq səviyyədə tanınıb. Alimin xidmətləri xarici ölkələrin bir çox orden və medalları ilə qeyd olunur. (AZƏRTAC)
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












