Azərbaycanlı gənclər “Mübariz İbrahimov” dronu ilə “TEKNOFEST- 2023”ün qalibi oldu

Aprelin 24-30-da keçirilən “TEKNOFEST-2023” festivalı çərçivəsində Türkiyənin Bursa şəhərlərində təşkil edilən Beynəlxalq “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsində əksəriyyəti azərbaycanlı tələbələrdən ibarət olan “DroneX” komandası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verdikləri dronla yarışın qızıl medalına və kubokuna layiq görülüb.
İstanbul Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin tələbələrindən ibarət olan “DroneX” komandası 100-dən çox komandanın rəqabət apardığı final mərhələsində yüksək nəticə göstərərək ümumi hesabda qızıl medala layiq görülüb.
Komandanın kapitanı, Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin sonuncu kurs tələbəsi Davud Süleymanov çox böyük əmək nəticəsində əldə etdikləri bu mükafatı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və bütün şəhidlərimizin əziz xatirəsinə həsr etdiklərini bildirib.
Qalib komandanın mükafatı bu gün təqdim olunacaq. (apa)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












