Azərbaycanlı sürücünün başına iş gəldi - Donaraq öləcəkdi...

Qazaxıstanın Kostanay vilayətində donmaq təhlükəsi ilə üzləşən azərbaycanlı sürücü xilas edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 12-də saat 02:14-də Kostanay vilayətinin Fövqəladə Hallar Departamentinin Kamıştı rayonu şöbəsinə sürücünün donaraq ölmək təhlükəsi ilə üzləşdiyi barədə xəbər daxil olub. Hadisə yerinə çatan xilasedicilər kimsəsiz yolda “VOLVO” markalı ağır tonnajlı avtomobili aşkarlayıblar.
Məlum olub ki, Azərbaycan vətəndaşı yük avtomobilində naviqatordan istifadə edərək Astanaya gedirmiş. O, məsafəni qısaltmaq üçün çöl yolu ilə getməyi qərara alıb. Lakin avtomobilin mühərrikində problem yaranıb və sürücü köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan xilasedicilər azərbaycanlı sürücünü xilas edərək yaxınlıqdalı kəndə aparıblar. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.
Modern.az
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












