Azərbaycanlılar bu qış harada dincəlməyə üstünlük verəcək?

Artıq qış fəsli başlayıb. Bu fəsildə vətəndaşlarımız daha çox harada istirahət etməyə üstünlük verirlər?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən turizm eksperti Əziz Şiriyev bildirib ki, bu qış vətəndaşlar, əsasən, ölkə daxilində istirahət etməyə üstünlük verəcəklər.
"Vətəndaşlarımızın istirahət etmək üçün qış turizm kurortları olan şimal və şimal-qərb rayonlarımıza üz tutacaqları gözlənilir. Əsasən də Qusar bölgəsindəki "Şahdağ" və Qəbələdəki "Tufandağ" istirahət komplekslərinə üstünlük verənlərin çox olduğunu müşahidə edəcəyik. Bundan başqa, turizm şirkətləri, əsasən, bir-iki günlük tur paketləri təqdim edirlər. Paketlərə nəqliyyat xidməti, tur rəhbəri, səhər yeməyi, ekskursiya və fotossesiya daxildir. Birgünlük turların qiyməti Bakıdan olan məsafəyə görə 20-25 manat arasında dəyişir. İkigünlük turların qiymətləri isə 70-85 manat arasında dəyişir. Bura nəqliyyat, qidalanma, hoteldə qalma kimi xidmətlər daxildir", - turizm eksperti deyib.
Qış turizmi üçün xaricdə istirahətə gəldikdə isə Ə.Şiriyev bildirib ki, hazırda belə turların sayı az olsa da, mövcuddur.
"Xaricdə istirahət etmək istəyənlər, əsasən, Misirə, Birləşmiş Ərəb Əmirliklərinə və Türkiyəyə gedirlər. Həmin ölkələrdə beşgünlük turların qiyməti 400-500 dollar arası dəyişir. Turpaketlərə təyyarə bileti, hoteldə qalma, sığorta, səhər yeməyi və transfer daxildir. Ancaq Yeni il ərəfəsində ölkədaxili və xarici turların qiymətlərində bahalaşma olacağı istisna deyil", - Ə.Şiriyev qeyd edib.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











