“Azəriqaz”ın rəhbərliyi “Əsgərə məktub” layihəsinə qoşulub

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi və əməkdaşları “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.
Avtosfer.az xəbər verir ki, birliyin əməkdaşlarının yazıb Azərbaycan Əsgərinə göndərdiyi məktublarda Silahlı Qüvvələrimizin xilaskar missiyası, uzun illər işğalda qalan torpaqların azad olunmasının necə qürurverici və müqəddəs bir hadisə olduğu qeyd edilib. Yazılan məktublarda hər bir əsgərimizlə, zabitimizlə fəxr olunduğu öz əksini tapıb. Müzəffər, rəşadətli ordumuzun Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənə endirdiyi zərbələr nəticəsində tezliklə bütün işğaldan azad olunacaq torpaqlarda üçrəngli bayrağımızın dalğalanacağına əminlik ifadə edilib. “Azəriqaz” İB-nin bütün əməkdaşlarının Azərbaycan Ordusunun ardınca “Yüksələr bayrağımız, isinər ocağımız” devzi ilə irəlilədiyi qeyd edilib.



Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












