“Azərsu”: "Bakıda yağan yağıntıya hazır idik"

“Azərsu” ASC bu gün gecə və səhər saatlarında Bakıda yağan yağıntıya hazır olduğunu bəyan edir.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Report-a bildirib ki, yağınıtı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti xəbərdarlıq etmişdi: "Yağıntının olacağını gözləyirdik və ona hazır idik".
Onun sözlərinə görə, yağıntı əsasən şəhərin qərb hissəsində Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonları ərazisinə düşüb: "Bu isə, bəzi küçələrdə suların yığılmasına səbəb olub. Baxmayaraq ki, bizim kanalizasiya infrastrukturumuz, həm kanalizasiya xətlərimiz, kollektorlarımız, şəbəkələrimiz tam işlək, pik vəziyyətdə idi, infrastruktur həm yağış, həm də tullantı sularını eyni anda daşıya bilməyib. Nəticədə bəzi küçələrdə su yığılmalar yaranıb. Ancaq, yağış dayanandan qısa müddətdən sonra suların hamısı çəkilib”.
A.Cəbrayıllı qeyd edib ki, həm rayon sukanal idarələri, həm də Bakı Sukanal İdarəsinin qəza briqadaları artıq gecə saatlarından iş başında idi və hazırda sular çəkilib və heç bir fəsad yoxdur.
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR












