AzTU-nun 105 tələbəsi “Xaliq Faiqoğlu”nda təcrübə keçəcək - FOTOLAR

“Xaliq Faiqoğlu” şirkəti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında 2018-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi əsasında universitetin daha 105 tələbəsi şirkətdə istehsalat təcrübəsinə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, universitetin Nəqliyyat və Logistika fakültəsinin tələbələri fevral-may ayları ərazində (70 iş günü) şirkətdə ixtisas-peşə hazırlığı ilə bağlı təcrübə keçəcəklər. Belə ki, proqramın yekununda tələbələrin nəqliyyat hərəkətliliyinin öyrənilməsi, nəqliyyat müəssisələrinin məhsuldarlığı, logitik zəncirin idarəolunma üsulları, sərnişin axınının analizi, marşrutlar üzrə hərəkət tərkibinin seçilməsi və sair mövzularda buraxılış işlərini hazırlaması nəzərdə tutulub. Sonda tələbələrə şirkət tərəfindən diplomlar təqdim ediləcək.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti 2018-ci ildən AzTU ilə sıx əməkdaşlıq edir. Geridə qalan müddət ərzində universitetin 288 tələbəsi şirkətdə təcrübə proqramlarına uğurla cəlb edilib. Şirkət ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.




Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












