Azyaşlı qızlarla evlənən 2 mindən çox kişi tutuldu

Hindistan polisi ölkənin şimal-şərqindəki Assam ştatında 18 yaşından kiçik qızlarla qeyri-qanuni nikahlara qarşı mübarizə çərçivəsində 2000-dən çox kişini həbs edib.
Bu həftə həbs olunanlar arasında Assamda yetkinlik yaşına çatmayan qızlarla evləndiyi iddia edilən 50-dən çox hindu və müsəlman din xadimi var. Bunu ştatın polis rəisi Qyanendra Pratap Sinqh bildirib.
35 milyon əhalisi olan Assam ştatında bir çox uşaq nikahları qeydə alınmır.
Milli Cinayət Qeydiyyatı Bürosunun məlumatına görə, 2021-ci ildə ştatda yalnız 155 uşaq nikahı qeydə alınıb, 2020-ci ildə isə bu göstərici 138 olub.
Hindistanda qanuni nikah yaşı kişilər üçün 21, qadınlar üçün isə 18-dir. Yoxsulluq, təhsilin olmaması, sosial norma, xüsusən də kənd yerlərində bütün ölkədə uşaq nikahlarının səbəbləri hesab olunur. (lent.az)
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










