“Bakı Metropoliteni”ndən 393 min manatlıq tender – “Steel Materials” MMC kimindir?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) müxtəlif növ tikinti materiallarının satın alınması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi “Steel Materials” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 392 986,14 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Steel Materials” MMC 12 yanvar 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 20, mənzil 14-də yeləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Məcid Nəsimi oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Şirkətin yeni yaranmasına və populyar olmamasına baxmayaraq, tenderlərdə fəal iştirak edir.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Steel Materials” MMC ilə cari ildə toplam maliyyə dəyəri 606 218,19 AZN olan 6 satınalma müqaviləsi imzalanıb. Bura “Bakı Metropoliteni” QSC ilə imzalanan müqavilə daxildir.
Ötən il isə şirkət 7 satınalma müqaviləsi imzalayıb. Müqavilələrin toplam maliyyə dəyəri 270 224 AZN təşkil edir.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması lazımdır. Bir ilin və barəsində heç bir məlumat olmayan şirkətin bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildə bu vəzifəyə təyin olunub. (qaynarinfo)
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












