Bakı metrosuna yeni vaqonlar gətirilir - Hansı yeniliklər olacaq?

Bakı metropolitenində yeni nəsil vaqonların alınması istiqamətində işlər davam etdirilir.
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, artıq texniki tapşırıqların hazırlanması yekunlaşdırılıb: "Yeni vaqonlar, son illərdə olduğu kimi, Bakının iqlim şəraitinə uyğun mikroiqlim nəzarəti sistemləri, salondan salona keçidi və sərnişin rahatlığı və təhlükəsizliyini əsas götürən digər məsələlərin hər biri texniki şərtlərdə xüsusi yer tutur. Hazırda vaqonların sifarişi məqsədilə addımlar atılır. Çox güman, Bakı metropoliteninin ənənəvi tərəfdaşı dəyişməz qalacaq. Yəni vaqonlar Rusiyanın "Metrovaqonmaş" şirkətindən alınması nəzərdə tutulur. Müqavilənin uzunmüddətli olması nəzərdə tutulur. Yaxın vaxtlarda vaqon sifarişi ilə bağlı məsələlərə tam aydınlıq gətiriləcək". (trend)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












