Bakı metrosunda yeni qatarların sayı 22-yə çatdırılıb - FOTO

2022-ci ilin sonlarında Bakı Metropoliteninə gətirilmiş 4 qatardan 3-cüsü “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə sərnişin konveyerinə qoşulub.
Bu barədə Avtosfer.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bu, metropoliten xətlərində fəaliyyətə başlayan innovasiyalar baxımından sonuncu nəslə mənsub 22-ci yeni qatardır.
Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi 81-765 B/81-766 B modelli qatar 2019-cu ildə bağlanmış müqaviləyə əsasən alınıb. “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilmiş qatar paytaxtın iqlim şəraitinə hesablanıb. Mikroiqlim nəzarəti, o cümlədən kondisioner sistemi ilə təchiz edilib.
Vaqonlar bu gün dünyada mövcud olan ən son texnoloji tələblərə cavab verir. Sərnişin rahatlığı baxımından əlil arabası və irihəcmli yüklər üçün zonalar, enli qapılar, qapı zonasında tavan və oturacaqlar önündə qövsvari tutacaqlar, salondan-salona keçidlər, mobil cihazlara enerji yükləyici yuvalar, elektron informasiya lövhələri, səs-küyü minimuma endirən şüşə və qapıların hermetikliyi, erqonomik və qənaətcil işıqlandırma sistemi, daha müasir antivandal oturacaqlar və s. xüsusi qeyd oluna bilər.
Bu, xəttə verilən sonuncu yeni nəsil qatarı olmayacaq. Daha bir sonuncu yeni nəsil qatarı üzərində sınaq və tənzimləmə işlərinə başlanılıb. Yaxın günlərdə həmin qatar da xəttə veriləcək. Onu da əlavə edək ki, bu il “Bakı Metropoliteni” QSC yeni vaqonların alınması məqsədilə işlərini davam etdirir. Hazırda texniki tapşırıqlar üzərində fəal iş aparılır.
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ















