Bakı metrosundakı insidentə görə iki nəfər həbs edildi - VİDEO

Bir neçə gün əvvəl paytaxtın “Əhmədli” metro stansiyasında polislə insidentə görə iki gənc həbs edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə metronun platformasına daxil olmaq istəyən qızın çantasını polisin nəzarətində olan rentgen aparatına qoymaqdan imtina etməsindən sonra başlayıb.
Belə ki, gənc qız və yanındakı digər iki xanım polisin çantaları aparata qoymaqla bağlı tələbinə qarşı çıxıblar və mübahisə etməyə başlayıblar. Polislərin onları metroya buraxmadığını görən qız qardaşı, 1993-cü il təvəllüdlü S.Məmmədova (şərti soyadlı) zəng edib. Tanışı, 1991-ci il təvəllüdlü B.Əhmədovla birgə “Əhmədli” stansiyasına gələn S.Məmmədov orada polis əməkdaşları ilə kobud danışmağa, söyüş söyməyə başlayıb.
Daha sonra hər iki şəxs saxlanılıb və barələrində inzibati protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsə 1 ay müddətinə inzibati həbs cəzası verilib. Onlar müvəqqəti saxlanma məntəqəsinə göndəriliblər.
Qafqazinfo
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












