Bakı metrosunun 3 stansiyasında iş vaxtı uzadılır

“Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası turniri çərçivəsində fevralın 16-da “Gənclik” stansiyası yaxınlığında yerləşən Tofiq Bəhramov adına stadionda keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin 3 stansiyası gücləndirilmiş və dəyişdirilmiş iş rejimində çalışacaq.
“Bakı Metropoliteni” QSC-dən Avtosfer.az-a bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, matçın gec başa çatacağı ilə əlaqədar metropolitenin “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında iş vaxtı 1 saat uzadılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar, bu qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması, azarkeşlərin oyun qurtardıqdan sonra mənzil başına rahat çatmaları üçün bir sıra tədbirlər görüləcək. Stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyasında “Bakı Metropoliteni” QSC-nin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmləri gücləndiriləcək və əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.
“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO












