Bakı metrosunun ikinci yerüstü stansiyası ilk sərnişinlərini qarşılayıb - FOTO

Bu gün Bakı metropoliteninin yerüstü ikinci, ümumilikdə isə 27-ci stansiyası olan "Xocəsən" stansiyası sərnişinlərin istifadəsinə verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə stansiyanın açılışında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
"Xocasən" stansiyası "Bənövşəyi" xəttin dördüncü stansiyası olaraq bu gün ilk sərnişinlərini qarşılayıb.
"Belə ki, Bənövşəyi xəttin “Xocəsən” elektrik deposunun ərazisində eyniadlı yerüstü stansiya istismara verilib. Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyasıdır. Layihəni “Bakı Metropoliteni” QSC-nin “Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanıb və stansiyanın tikintisi inşaat işlərinin ikinci mərhələsinə planlaşdırılırdı, lakin ərazinin sürətli sosial-iqtisadi inkişafı, əhalinin məskunlaşma tempi və yol infrastrukturunun şaxələnməsini nəzərə alaraq, birinci mərhələyə keçirilib. Eyni zamanda 25 hektar ərazini əhatə edən "Xocəsən" deposunun da inşaat işlərinin birinci mərhələsi sona çatdırılıb", - H. Məmmədov bildirib.
Onun sözlərinə görə, "Bənövşəyi" xətt 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulduğundan xəttin sayca 4-cü stansiyasının platforması da 144 metr uzunluğundadır: "2016-cı ildə istismara buraxılmış xətdə məhz “Xocəsən” stansiyasının istifadəyə verilməsi ilə ilk dəfə yeddivaqonluq qatarlar hərəkət etməyə başlayıb. Buna qədər sərnişindaşıma həcminin tələbatına uyğun olaraq, xətdə beşvaqonluq qatarlar hərəkət edib. Sərnişinlər "Avtovağzal" stansiyasından "8 Noyabr" stansiyasına, eləcə də "Xocasən" stansiyasına gediş-gəliş həyata keçirə bilərlər. Bugünki dövr üçün ərazidə yaşayan sakinləri sayı nəzərə alınaraq qatarların ilkin intervalı 16 dəqiqə təyin edilib".
Qeyd edək ki, stansiyanın giriş sahəsində vestibül yerləşir. Burada sərnişin avtomatikası, o cümlədən, avtomat nəzarət-buraxılış məntəqəsi mövcuddur. Vestibüldən sərnişin platformasına qədər 59 metr uzunluğunda keçid dəhlizi inşa olunub. Sərnişinlərin platforma səviyyəsinə qalxması üçün Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Tugela FT-945” tipli iki müasir eskalator və pilləkənlər quraşdırılıb. Eskalatorun qalxma hündürlüyü 4,8 metr, lentinin uzunluğu 12 metrdir.
Tunellərdən çıxışda yerləşən portal sahəsindən stansiyayadək 806 metr dəmiryol xətti çəkilib. Yollar dəmir-beton şpallar, yoldəyişdiricilər isə dəmir-beton tirlər üzərində qurulub. Bu, iqtisadi və praktiki cəhətdən daha səmərəli və uzunömürlü olmaqla, qulluğu asan, ən əsası, qatarların hərəkət rəvanlığını və təhlükəsizliyini təmin edir.
"Xocasən" stansiyasının rəisi Seyfulla Vəliyevdir. O daha əvvəl "Memar Əcəmi" stansiyasının, bu təyinata qədər isə "Nəriman Nərimanov" stansiyasının rəisi vəzifəsində çalışıb.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO















