Bakı metrosunun son model qatarında sauna

Əslində bu səhər rast gəldiyim vəziyyəti başqa sözlə ifadə edə bilmədim. Həm də şahidi olduğum hadisədən məyus oldum.
Bakıya kondisionerli metro vaqonları gətiriləndə çoxları kimi mən də sevindim ki, nəhayət yayda rahat hərəkət edə biləcəyik. Ən azından Fransanın layihələndirdiyi qatarda normal kondisioner sistemi var. Amma müasir texnikanın olması ilə yanaşı, düzgün istifadə də şərtdir.
Bu səhər saat 09.20 radələrində mindiyim qatarda (vaqon sayı 0020, marşrut sayı 35) kondisioner işləmirdi. Sərnişinlərdən biri bunu rabitə ilə maşinistə bildirdikdə o, nasazlıqdan xəbərdar olduğunu və depoya məlumat verdiyini bildirdi. Maşinist çıxış yolu kimi pəncərəni açmağı məsləhət gördü, amma farslar demiş çifayda. Pəncərələr kilidli idi. Vaqondakı vəziyyəti sözlə təsvir etmək mümkün deyildi. Sərnişinlərin çoxu boğulmamaq üçün Nizami stansiyasında düşdülər.
Belə vəziyyətlə mən artıq üçüncü dəfədir rastlaşıram. Hər dəfə maşinist pəncərəni açmağı tövsiyə etsə də, sərnişin bunu edə bilmir. Sadəcə olaraq pəncərə kilidli olur. Görəsən pəncərəni kilidləməkdə metro əməkdaşlarının məqsədi nədir? Axı qış vaxtı müasir qatarlarda pəncərəni açmaqla normal ventilyasiya yaratmaq mümkündür. Bu yolla elektrikə də qənaət etmək olar.
İkinci məsələ, xəttə çıxması heç 3 saat keçməyən qatarın kondisioneri niyə sıradan çıxmalıdır?
PS. Qaydalara əməl edən vətəndaş kimi vaqonun şəklini çəkmədim, sadəcə olaraq bort nömrəsini yazdım.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












