Bakı-Naxçıvan yolunun İran tərəfindən bağlanması yalandır

Bir sıra erməni KİV-də İranın artıq bir neçə gündür ki, İran ərazisindən keçən Bakı-Naxçıvan magistral yolunu bağladığı ilə bağlı iddialar yayılıb.
Məsələ ilə bağlı “Trend” İnformasiya Agentliyi aidiyyəti dövlət qurumları ilə əlaqə saxlayıb. Məlum olub ki, erməni KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir.
Hazırda Naxçıvandan Bakıya və eləcə də əks istiqamətdə İran ərazisindən keçməklə yüklərin daşınması prosesi davam edir.
Qeyd edək ki, azərbaycanlı fəalların Laçın yolunda etiraz aksiyasına başlamasından sonra erməni sosial şəbəkə hesabları və KİV tirajladıqları yalan xəbərlərin sayını daha da artırıb. Ermənilər müxtəlif vaxtlar bu tipli feyk xəbərlər yaymaq həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışırlar.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











