Bakı-Quba yolunun alternativ gediş istiqaməti nə vaxt təmir olunacaq

Keçən ilin yarısından təmiri gerçəkləşən ödənişli Bakı-Quba yolunun 2023-cü ilin yanvar ayında rəsmi olaraq açıldığı məlumdur. Ödənişli yoldan istifadə etməyən kütlə isə alternativ olan köhnə yoldan istifadə etməkdədir. Alternativ yolun gəliş hissəsi təmir olunsa da, uzun müddətdir yararsız vəziyyətdə olan gediş istiqaməti isə sürücülərin daimi narazılıq mənbəyidir. Avtosfer.az xəbər verir ki, xüsusilə yolların parça-parça asfaltlanması nəticəsində yaranan nahamar səth onların rahat şəkildə yoldan istifadə etmələrinə mane yaradır. Sayta daxil olan çoxsaylı şikayətlər nəticəsində əməkdaşımız aidiyyatı qurumun mətbuat katibinə - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəfliyə şikayətçilərin adından mövcud yolun nə zaman təmir olunmasıyla bağlı sual ünvanlayıb. Məsul şəxs açıqlamasında bu istiqamətdə də tədbir planının nəzərdə tutulduğunu və tez zamanda layihənin icrasına başlanılacağını qeyd edib. Lakin o, layihənin nə zaman həyata keçəcəyi ilə bağlı konkret tarix bildirməyib. Sürücülərin şikayət obyektinə çevrilən yolun tez zamanda təmir olunacağına və bununla da davam edən vətəndaş narazılıqlarının bu il sonlanacağına ümid edirik.
Nərmin Əkbər
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












