Bakı sakininin avtomobilindən beşbarmaq və dəmir dəyənək götürülüb

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 24-də saat 16 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı sürücü, Bakı şəhər sakini Qulam Məmmədovun həmin avtomobili narkotik vasitənin təsiri altında, həmçinin etibarnaməsiz və müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə etməsi müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332-ci və 334-cü maddələri ilə protokol tərtib olunaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan marixuana, heroin, 10 ədəd metadon, 18 ədəd tramadol, 6 ədəd klonazepam, 34 ədəd preqabalin həbləri, həmçinin beşbarmaq, bıçaq və dəmir dəyənək aşkar olunaraq götürülüb.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












