Bakı-Şamaxı-Yevlax yolu bağlandı - FOTO

Güclü küləklə müşayiət olunan leysan xarakterli yağışlar Göyçayda bir sıra fəsadlar törədib. Qasırğa rayon mərkəzində yaşayış binasının və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü atıb. Ağaclar aşıb, elektrik naqilləri qırılıb. Rayonda əhaliyə elektrik verilişi dayandırılıb.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, güclü leysan yağışı nəticəsində əmələ gələn sel suları Göyçay şəhərinin mərkəzi küçələrinə toplaşıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib, bir neçə evin zirzəmisini və həyətyanı sahəni su basıb. Hazırda güclü küləklə müşayiət olunan yağış davam edir.
Güclü külək nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçaydan keçən hissəsində irigövdəli ağac qırılaraq yolun hərəkət hissəsinə düşüb. Nəticədə yolun əsas hissəsi avtomobillər üçün keçilməz olub.
Hazırda yağmurlu hava davam edir.





Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı











