Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti bərpa olundu - FOTO - YENİLƏNİB

Ötən gün sel sularının M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə ziyan vurması nəticəsində yolun 194-205 kilometrliyində yaranan problemin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hadisə baş verdiyi andan etibarən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Aparılan işlər nəticəsində sözügedən ərazidə artıq avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
***
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsində təmir-bərpa işləri başa çatıb, avtomobillərin hərəkətində məhdudiyyət yoxdur.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edək ki, ötən gün yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanmışdı.
***
M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti qismən bərpa olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, ötən gün sel sularının M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə ziyan vurması nəticəsində yolun 194-205 kilometrliyində yaranan problemin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hadisə baş verdiyi andan etibarən tədbirlər görülür, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarından etibarən Göyçay rayonu istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Hazırda yolboyu hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir və gün ərzində bu işlər də tam yekunlaşacaq.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















