Bakı-Şamaxı-Yevlax avtomobil yolu təmirə bağlandı - FOTO - YENİLƏNİB

Yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanıb.
Bu barədə Avtosfer.az-a FHN-dən bildirilib.
Hazırda aidiyyəti dövlət qurumları tərəfindən koordinasiyalı şəkildə müvafiq zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
***
Bu gün günorta saatlarında başlayan güclü leysan xarakterli yağışlar Göyçayda bir sıra fəsadlar törədib.
Yağan güclü leysan yağışları nəticəsində Göyçayın Qaraməryəm qəsəbəsinə, Yekəxana, eləcə də Şahsoltanlı kəndlərinə ciddi ziyan dəyib. Sel nəticəsində, Bakı-Şamaxı-Yevlax yolunda infrastruktur və yol qurğuları sıradan çıxıb.
Hazırda avtomobil yolununda hərəkət məhdudlaşdırıb. Ərazidə yerləşən obyektlər su altında qalıb. İlkin məlumatlara əsasən, sel xırdabuynuzlu heyvanları da aparıb. Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hər iki istiqamətdə hərəkət məhdudlaşıb.
Ümumilikdə 3 avtomobil sel suları altında qalıb, 4 avtomobil isə yol kənarında sel sularının içində qalıb. (apa)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO














