Bakıda 2 nəfərdə 8 kq narkotik aşkarlanıb - VİDEO

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, polisə Elnur adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs - Elnur Sultanov tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 bükün heroin aşkar edilib. Saxlanılan şəxs tanışı Hikmət Səmədovun tapşırığı ilə Nizami rayonu və paytaxtın digər ərazilərində narkokuryerlik etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Hikmət Səmədov da qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib. Sonuncunun idarə etdiyi avtomobildən 2 kiloqram 668 qram heroin və 5 kiloqramdan artıq marixuana aşkar olunub. Hikmət Səmədov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Baba” adlı şəxsdən Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib. Aşkar edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı











