Bakıda 2 nəfərdə “Kalaşnikov” və 10 kq narkotik aşkarlanıb - VİDEO

Bakıda 2 nəfərdə “Kalaşnikov” və 10 kiloqram narkotik aşkarlanıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb. Tədbir zamanı Əmircan qəsəbəsində narkotik maddələrin satışını təşkil edən İlqar Abbasov tutulub.
Onun üzərindən və qəsəbə ərazisində yaşadığı evdən 10 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirməkdə şübhəli bilinən Sabirabad rayon sakini olan Rauf Hüseynov Bülbülə qəsəbəsində saxlanılıb. Həmin şəxs ifadəsində Binə qəsəbəsində ona məxsus bir ədəd odlu silahı qazaraq torpağa basdırdığını bildirib. Rauf Hüseynovun dediyi ünvana baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha məxsus patron darağı aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












