Bakıda 2023-cü ildə yeni metrostansiya açılacaq? - RƏSMİ AÇIQLAMA

Ötən həftə dövlət başçısının iştirakı ilə metronun “Xocasən” stansiyasının və elektrik deposunun açılışı olub. Yeni stansiya bənövşəyi “Avtovağzal”-“Memar Əcəmi-2” xəttinin dördüncü stansiyasıdır.
Avtosfer.az-ın məlumatına görə, “Xocasən” stansiyasının istifadəyə verilməsi bənövşəyi xətt üzrə yeni "B4" stansiyanın nə vaxt açılacağını gündəmə gətirib.

2023-cü ildə Bakıda yeni metostansiyanın açılacağı maraqla qarşılanır. Bu suala cavab tapmaq üçün “Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov baku.ws-ə bildirib ki, hazırda bənövşəyi xəttin dördüncü yeraltı stansiyası inşa olunur:
"Bu stansiyada inşaat işləri ötən ildən başlayıb. 4 səviyyədən ibarət inşaat işlərinin ikinci səviyyəsində işlər barədə ictimaiyyət məlumatlandırılır. 2023-cü ildə 4 səviyyə üzrə inşaat işlərinin tamamlanması, daha sonra quraşdırma və digər tamamlanma işləri aparılacaq. Gələn il üçün inşaat işlərinin bir mərhələsi başa çatacaq.

2023-cü il ərzində stansiyanın nə vaxt istifadəyə veriləcəyi ilə bağlı məlumat veriləcək. Amma stansiyanın inşaası uzun illər aparmayacaq. Bakının hidroloji vəziyyəti ilə bağlı 3 və 4-cü səviyyədə qurunt işlərində müəyyən çətinliklər yarana bilər. Həmin işlərin gedişində stansiyanın konkret təhvil vermə müddəti ilə bağlı məlumat veriləcək. 2023-cü ildə yeni stansiyanın təhvil verilməsi gözlənilmir, çünki qazınları işləri hələ davam edir".
Qeyd edək ki, Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq və uzunluğu 18,5 km olacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. "8 Noyabr" stansiyası isə 2021-ci il may ayının 29-da açılıb və 2 gün sonra ilk sərnişinlərini qəbul edib. Bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












