Bakıda avtobus dayanacaqlarında təhlükəli piyada keçidi - Kimdir günahkar? - FOTO

Bakı şəhərində müxtəlif ərazilərdə dayanacaqlar piyada keçidlərinin yaxınlığında yerləşir.
Dördüncü mikrorayon və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində də keçidlər avtobus dayanacaqlarının yanındadır.
Təbii ki, bu, insan həyatı üçün təhlükə yaradır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev oxu.az-a açıqlamasında bildirib ki, sözügedən ünvanda əraziyə baxış keçirilib:
“BNA tərəfindən uyğunsuzluq aradan qaldırılacaq. Davamlı olaraq şəhərin müxtəlif yerlərində bu cür uyğunsuzluq olan zaman problem həll edilir”.
Nəqliyyat eksperti Adil Nəbiyev Oxu.Az-a açıqlamasında bildirib ki, təhlükəsizlik baxımından avtobus dayanacaqları piyada keçidindən 30 metr aralıda olmalıdır:
“Qanunvericilikdə dayanacaqların piyada keçidlərindən neçə metr aralı olması barədə heç bir məlumat qeyd edilməyib. Onun üçün bu xətləri harada gəldi çəkirlər. Təhlükəsizliyi nəzərə alsaq, piyada keçidlərinın dayanacaq olan yerdən 30 metr kənarda olması məqsədəuyğundur.
Piyadaların avtobusdan düşüb nəqliyyat vasitəsinin qarşısından yolu keçmələri birbaşa qəza şəraiti yaradır. Statistika onu göstərir ki, ən çox piyadavurma halları belə hissələrdə olur”.
A.Nəbiyev əlavə edib ki, Bakı şəhəri, ictimai nəqliyyatın təşkili ilə bağlı qaydalarda isə qeyd edilib ki, piyada keçidləri yalnız avtobus dayanacaqlarından arxada ən azı 50 metrdən az olmamalıdır.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












