Bakıda avtomobildən “Kalaşnikov” götürülüb - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azad Aslanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, onun üzərindən və Maştağa qəsəbəsində yerləşən evindən 3 kiloqrama yaxın heroin aşkar olunub. Azad Aslanov narkotk vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Rəşad Rəşidov Bilgəh qəsəbəsi ərazisində saxlanılıb və onun idarə etdiyi “VAZ 21014” markalı avtomobilə baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən həmin şəxsə məxsus 1 ədəd “Kalaşnikov” markalı avtomat, sandıqça və 3 ədəd patron aşkar olunub.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












