Bakıda bu ərazidə bina söküləcək - Sakinlər kompensasiyadan narazıdı - VİDEO

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən yaşayış binası qəzalı vəziyyətdədir. Sakinlər binanın mövcud vəziyyətindən narahatdırlar.
Mənzillərdəki döşəmələrin taxtası aralanıb, baxan zaman su dolu zirzəmi görünür.
Sakinlər bildirir ki, bu mənzil 2 ildir təmir olunub. Ancaq indi bu hala düşüb.
Onların sözlərinə görə, dəfərlərlə aidiyyəti qurumlara müraciət edilib, ancaq hələ də bir nəticə yoxdur.
Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, 1922-ci ildə inşa olunmuş ikimərtəbəli, 27 mənzilli bina qəzalıdır və istismar üçün təhlükəlidir.
Sakinlərinin köçürülməsi üçün Maliyyə Nazirliyi tərəfindən hər kvadratmetri üçün 1000 manat məbləğində vəsait ayrılıb. Ancaq sakinlər tərəfindən sənədsiz əlavə tikililər üçün kompensasiya ödənilməsi tələb olunduğundan onlarla qarşılıqlı razılıq əldə edilməsi mümkün olmayıb. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məktub göndərilib.
Qeyd edək ki, bina bu birliyin balansındadır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI










