Bakıda bu karqo şirkəti müştərinin başına oyun açdı – Pulunu polislə aldı

Lent.az-ın redaksiyasına oxucu Sahilə İbrahimova şikayətlə müraciət edərək keçən ildən verdiyi online sifarişin hələ də gəlmədiyini və bununla bağlı şikayətçi olduğunu deyir.
Belə ki, xanım ötən ilin noyabr ayından "Dostex.az" adlı karqo şirkəti vasitəsi ilə Amerikadan 294 manat dəyərində saat sifariş edib. Üzərindən bir ay keçdikdən sonra xanım zəng edib sifarişin harada qaldığını soruşsun. Bu zaman malın 1 həftə sonra gələcəyini deyiblər. Beləcə daha bir neçə “1 həftələr” keçib və 4 aya gəlib çıxıb. Amma ortada nə saat var, nə pul...
Onun sözlərinə görə, puldan əlavə insanları dolandırırlar. Şikayəti işıqlandırmaq üçün həmin karqo şirkətinin instaqram səhifəsinə nəzər yetirdik. Şərhləri oxuduqda gördük ki, bu cür halla qarşılaşan tək bu xanım deyil.
Məsələ ilə bağlı qarşı tərəfin fikrini öyrənmək üçün karqo şirkəti ilə əlaqə saxladıq. Operatora şikayətimizin olduğunu və şirkətin marketinq nümayəndəsi ilə danışmaq istədiyimizi bildirən də, bizə də “gün ərzində sizə zəng ediləcək” deyildi. Yenə beləcə 3 gün keçdi...
Bundan sonra, DİN-nin 102 xidmətinə müraciət etdik. Çox çətinliklə də olsa, xanımın pulu geri qaytarıldı.
Bu hadisə bir daha onu sübut etdi ki, belə hadisələrlə qarşılaşmamaq üçün diqqətli olmaq və güvəndiyimiz karqo şirkətləri ilə əməkdaşlıq etmək vacibdir.


Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












