Bakıda bu xəstəxanalarda rentgen qadağan olundu - FOTO

“Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri keçirilib.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, keçirilən tədbirlər nəticəsində Bakı şəhərində yerləşən 5 və 39 nömrəli Şəhər poliklinikalarında, 1 və 2 nömrəli Uşaq Stomatoloji poliklinikalarında, 1 nömrəli Tələbə Poliklinikasında və Müharibə Veteranları Respublika Xəstəxanasında radiasiya təhlükəsizliyi tələblərinə riayət edilmədən və “xüsusi icazə”si olmadan rentgen kabinetlərinin fəaliyyət göstərdiyi müəyyən edilib.
Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisələrinin rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız “xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir (həmin müəssisələrin siyahısı ilə bu ünvana daxil olmaqla tanış olmaq mümkündür – https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000).
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO

















