Bakıda çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb - VİDEO

Paytaxtın Sabunçu rayonunda iyun ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 44 nəfər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün Ləhiş bağları, Maştağa, Nardaran və Ramana qəsəbələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib. Nəticədə qeyd edilən ərazilərdə çətənə kollarının kultivasiyası ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 394 ədəd kultivasiya yolu ilə əkib-becərdikləri çəkisi 12 kiloqram olan çətənə kolu aşkar edilib.
Qeyd edək ki, iyun ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rayon ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir
Xatırladaq ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












