Bakıda çörəyin içindən görün nə ÇIXDI? – BİABIRÇILIQ - FOTO

Bakıda çörəyin içindən "Karmen" MMC-nin adı olan kağız çıxıb.
Bu barədə Azərbaycan Dövlət Musiqili Dram Teatrın mətbuat katibi Fəridə Rüstəmova məlumat verib. Dediyinə görə dünən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivindəki "Almarket"dən "Bakı çörəyi" alıb. Yeyərkən içindən kağız parçası çıxıb.
Məlum olub ki, çörək bişirilərkən xəmirin içində “Karmen” MMC-yə məxsus kağız qalıb:
“Vallah, tragikomediyadır. Xaricdə bəlkə də çörəyin içindən belə bir şey çıxmış olsaydı, onu istehsal və istehlak edəndən təzminat davası açılmışdı.
Hanı bizim qida təhlükəsizliyimiz? Bundan sonra belə məni öldürələr, bir də bu çörəkdən almaram. Göz gördüyündən qorxur. Unu ələmək belə çətin işdi? Bəlkə elə unun içində siçanın quyruğu var?”, deyə Fəridə Aslanova qeyd edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev Bizim.Media-ya məsələnin araşdırılması üçün nəzarət bölməsinə yönləndirildiyini bildirib.
Bizim.Media
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO













