Bakıda daha bir ərazidə piyada keçidi və avtobus dayanacağı təşkil edilib - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi vətəndaş müraciətləri əsasında Zığ şosesi ilə Zeytun küçəsinin kəsişməsində iki mərhələli nizamlanan eyni səviyyəli piyada keçidi və avtobus dayanacaq məntəqəsi təşkil edib.
Avtosfer.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, layihənin icrası çərçivəsində ərazidə yeni işıqfor obyektləri quraşdırılıb, çağırıcı qurğu ilə təmin edilib; asfalt üzərində xəbərdaredici iki komponentli boyalar və digər nişanlanma xətləri çəkilib, səkilər və panduslar inşa edilib, zəruri yol nişanları və məhəccərlər quraşdırılıb, avtobus dayanacaq məntəqəsi təşkil edilib.
Son nəticədə piyadaların və sərnişinlərin rahatlığı, eləcə də təhlükəsizlik səviyyəsi artırılıb, İnşa edilmiş səkilər, panduslar, xüsusilə işıqfor dirəklərində quraşdırılmış çağırıcı qurğular sayəsində əlilliyi olan şəxslərin əlçatanlığı təmin edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO














