Bakıda evdən 32 minlik OĞURLUQ - VİDEO

Bakıda ev qarət edilib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması müəyyənləşib.
Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb. O, əldə etdi əşyaları isə Biləcəri qəsəbəsində yerləşən metal qəbulu məntəqələrindən birinə satıb.
Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO














