Bakıda gecə ilə 60 sot torpaq zəbt olundu - Dövlət qurumları hərəkətə keçdi

İyulun 28-dən 29-na keçən gecə Xəzər rayonu, Sabunçu rayonu, Ağcəbədi rayonu və digər rayonların sakinləri olan bir qrup Vətən müharibəsi iştirakçısı və bir neçə vətəndaş Xəzər rayonu sakini Hümbətov Vasif Nizami oğlunun rəhbərliyi ilə Suraxanı rayonunun inzibati ərazində yerləşən Hovsan südçülük sovxozu ərazisində, dövlət mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı olan 6000 kv.m torpaq sahəsini zəbt edərək hasar tikintisi işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə “Qafqazinfo”ya Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində özbaşına aparılan tikinti işlərinin qarşısı alınıb, zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.
“Bildiririk ki, Vətən müharibəsi iştirakçısı olmuş sözügedən vətəndaşlar bundan öncə də bu kimi hallara cəhdlər etsə də, bunun qarşısı alınıb və onlara müvafiq tövsiyə və xəbərdarlıqlar edilib” - açıqlamada qeyd olunur.
Sözügedən məsələ ilə bağlı mövcud qanunvericiliyin tələblərinə əsasən lazımi tədbirlər görülməsi üçün Suraxanı RİH tərəfindən müvafiq məktublarla Suraxanı Rayon Polis İdarəsinə, Suraxanı rayon Prokurorluğuna, FHN-nə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər ünvanlanıb.




Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










