Bakıda gənclər əyləncə xatirinə həyatlarını təhlükəyə atdılar - VİDEO

Ötən gecə paytaxt yollarında təhlükəli anlar yaşanıb.
Avtosfer.az-a bildirilib ki, hadisə Azneft dairəsindən Filarmoniyaya qalxan yolda qeydə alınıb.
Belə ki, 3 gənc hərəkətdə olan 65 saylı avtobusun arxasından tutaraq yola davam ediblər. Onlar bu əməlləri ilə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atıblar.
Hadisə ilə bağlı “Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev baku.ws-in sorğusuna cavab olaraq bildirdi ki, bəzi yeniyetmə və gənclər belə məsuliyyətsiz hərəkətlər etməklə özlərini və digər hərəkət iştirakçılarını təhlükə qarşısında qoyurlar. Onları bu kimi əməllərdən çəkinməyə çağırırıq:
"Ümumiyyətlə şəhər ərazisində piyadaların, skuterlərin, moped və motosikletlərin ictimai nəqliyyatın fəaliyyətini pozması, yolun hərəkət hissəsində maneələr yaratması, təhlükəli manevrlər etməsi halları tez-tez baş verir. Bu da avtobusların hərəkətinin müntəzəmliyinə çətinlik yaradır, gecikmə hallarına səbəb olur".
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












