Bakıda iranlı narkotacirin daha bir adamı həbs edilib - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Məlumata görə, polisə Tamerlan adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs - əvvəllər məhkum olunmuş Tamerlan Əliyev tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərindən 3 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə “Əli” kimi tanıdığı İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib. Tamerlan Əliyevlə İran vətəndaşının cinayət əlaqəsi əməliyyat-texniki tədbirlərlə tam sübuta yetirilib. Aşkar edilən faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar qətiyyətlə davam etdirilir.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












