Bakıda keçiriləcək Dünya Çempionatına akkreditasiya başladı

Taekvondo üzrə Dünya Çempionatının yerli Təşkilat Komitəsi 29 may – 4 iyun 2023-cü il tarixlərində Bakıda keçiriləcək Taekvondo üzrə Dünya Çempionatına yerli media nümayəndələrinin akkreditasiyasına başlayıb.
Akkreditasiya prosesi 12 may saat 00:00-a qədər davam edəcək. Yarışı işıqlandırmaq istəyən jurnalistlər aşağıda qeyd edilən formanı dolduraraq, tələb olunan sənədlərlə birgə - şəxsiyyət vəsiqəsi, jurnalist vəsiqəsi və fotonu (fotoda ad və soyad yazılmalıdır) skan olunmuş şəkildə [email protected] elektron poçt ünvanına göndərməlidir. Natamam doldurulmuş və təyin edilən vaxtdan sonra göndərilmiş müraciətlər nəzərə alınmayacaq.
Qeydiyyat prosesi tamamlandıqdan sonra, akkreditasiya kartlarının təqdim olunacağı məkan və saat haqda məlumat veriləcək.
Akkreditasiya ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99455) 756 78 16 nömrəsinə zəng edə və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












