Bakıda köhnə tikililərin sökülməsi evlərin qiymətini artırır - VİDEO

Köhnə və qəzalı binalar söküldükcə mənzil bazarında qiymətlər də artır.
Əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bir müddət pilot layihə çərçivəsində binaların söküntüsü dayandığı üçün evlərin qiyməti stabil idi. Amma son vaxtlarda yenidən şəhərin mərkəzində istisimar müddəti keçmiş binaların sökülərək yerində yenisinin tiklməsi qiymətlərə ciddi şəkildə təsir edib.
Ekspert hesab edir ki, mənzil bazarında qiymət artımına əsas səbəb budur ki, köhnə tikli binalar sökülərkən tikinti şirkətləri mümkün qədəri ilə ev sahibinə mənzil yox, ödəniş edir. Bu da bazarda süni qiymət artımına gətirib çıxarır.
Rieltor Həşim Qədirov deyir ki, pilot layihə təkcə mənzil bazarında qiymət artımına səbəb olmayıb. Eyni zamanda kirayə evlərin də qiyməti artıb ki, bu da tələbdən irəli gəlir.
Ekspertlər deyirlər ki, sökünütü səbəbindən paytaxtda köhnə binalardakı mənzillərin qiyməti də bahalaşıb. Bunun da əsas səbəbi həmin binaları sökən şirkət mənzil sahibinə daha böyük və təmirli mənzil verməsidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











