Bakıda maya dəyərindən ucuz mənzillər satışa çıxarıldı - İyulun 20-dək... - VİDEO

Bakıda keçmiş məcburi köçkünlər üçün tikilmiş 1662 mənzilin satışı davam edir.
Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi Adil Əkbərov deyib ki, Bakıda satışa çıxarılan mənzillər dövlət sifarişi ilə tikildiyinə və torpaq dövlət tərəfindən təmin olunduğuna görə maya dəyəri aşağı olub.
Buna görə də bu mənzillər bazar dəyərindən xeyli aşağı qiymətə təklif edilir. Həmin mənzillərin bir kvadratmetri Samuxda 435 manatdan, paytaxtda isə 600 - 800 manatdan başlayır.
Bu mənzillərin satışı iyulun 20-dək davam edəcək.
Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi bildirir ki, şəhid ailələrinin mənzil təminatı da davam etdirilir. Bu ilin əvvəlindən 260 şəhid ailəsinə mənzillər təqdim olunub. Digər şəhid ailələrinin mənzil təminatı üçün də işlər həyata keçirilir. Bununla bağlı artıq açıq tender elan edilib.
Şəhid ailələri üçün artıq Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınması nəzərdə tutulur.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












