Bakıda narkotik alverçisi tutulub - FOTO

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu Rayon İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Nofəl Hüseynov saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 büküm narkotik vasitə olan heroin aşkar edilib. Bölmə əməkdaşları tərəfindən saxlanılan şəxsin yaşadığı evə baxış zamanı əlavə olaraq gizlətdiyi 1 kiloqram 500 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, Nofəl Hüseynov narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən əldə edib.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 15-ci Polis Bölmsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. N. Hüseynov tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.



Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?











