Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıb - FOTO

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Dəyanət Rəhimovdan 308 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məksud Ağaverdiyev də müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 220 qram heroin götürülüb. Saxlanılanlar narkotik vasitənj paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
"Bu şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir", - məlumatda qeyd olunub.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI













