Bakıda nəqliyyatın hərəkətinə üç zonada məhdudiyyət tətbiq ediləcə - VİDEO

''Formula-1'' Azərbaycan Qran-prisi ilə əlaqədar Bakıda nəqliyyatın hərəkətinə 3 zonada məhdudiyyət tətbiq ediləcək.
Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib ki, hərəkət məhdudiyyəti aprelin 24-ü gecə saatlarında tətbiq ediləcək.
Bəs həmin ərazidə yaşayan və yaxud da işləyən şəxslərin ora girişi necə tənzimlənəcək?
Yarış günləri ərzində şəhər sakinlərinin maneəsiz hərkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən bütün yeraltı keçidlər açıq olacaq.
Aprelin 27-də Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi saat 07:00-dən 09:00-dək və 20:00-dan 22:00-dək açıq olacaq. 28-29 aprel tarixlərində isə burada nəqliyyatın hərəkətinə yalnız axşam saat 20:00-dan 22:00-dək icazə veriləcək. Aprelin 29-u saat 22:00-dan mayın 2-i səhər saat 08:00-a qədər nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












