Bakıda qadın narkotacir və yetkinlik yaşına çatmayan oğlu tutulub - FOTO - VİDEO

Bayıl, 20-ci sahə və Badamdarda narkotikə görə 17 nəfər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsi (RPİ) və ərazi polis bölmələrinin əməkdaşları tərəfindən rayonun Bayıl, 20-ci sahə və Badamdar qəsəbələri ərazilərində narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Tədbir zamanı qeyd edilən yerlərdə narkotik maddələrin satışını həyata keçirən 17 nəfər saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə külli miqdarda heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, saxlanılan şəxslər sırasında narkotik vasitələrin satışı ilə məşğul olan ana və onun narkokuryerliyə cəlb etdiyi yetkinlik yaşına çatmayan oğlu da var.
Faktlarla bağlı toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Səbail rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir", - məlumatda qeyd olunub.
Ramiz Mehdiyevə yeni ittiham elan olunub
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ











